Bu gün axşam bütün dünyanın gözü Tiflisdə olacaq. Burada Avropanın ən güclüsü müəyyənləşəcək.

Publika.az xəbər verir ki, Boris Payçadze adına “Dinamo Arena”da baş tutacaq Avropa superkuboku uğrunda matçda Çempionlar Liqasının son qalibi “Barselona” ilə Avroliqanı qazanan “Sevilya” münasibətlərinə aydınlıq gətirəcəklər.

Tarixi ərzində 9-cu dəfə Superkubokda iştirak etmək imkanı əldə edən “Barselona” 5-ci dəfə bu kuboku müzeyinə aparmaq və bu baxımdan rekordçu “Milan”a çatmaq arzusundadır.

“Sevilya” isə tarixi ərzində 4-cü dəfə Superkubok matçına çıxacaq. Birinci və sonuncu dəfə 2006-cı ildə məhz “Barselona” üzərində qəbələ qazanaraq (3:0) Superkuboka yiyələnən Andalusiya klubu 9 illik həsrətə son qoymaq niyyətindədir.

Xatırladaq ki, “Barselona” ÇL-in finalında “Yuventus”u məğlub edərək (3:1), Superkubokda oynamaq hüququ qazanıb. “Sevilya” isə Avropa Liqasında “Dnepr”lə həlledici görüşdən qalib ayrılaraq (3:2), titulu muzeyinə aparmışdı.

Şotlandiyadan olan hakimlər briqadasının idarə edəcəyi qarşılaşma “İdman Azərbaycan” kanalıyla canlı yayımlanacaq.

Hər iki komandada itkilər var. “Barselona”nın baş məşqçisi Luis Enrike Neymarın xidmətindən məhrumdur. Əvəzində yeni transfer Arda Turanın adı Superkubok matçının iştirak ərizəsinə salınıb.

“Sevilya” isə iki əsas oyunçusunun xidmətindən yararlana bilməyəcək. Komandaya yeni qoşulan Miro İmmobile və Nikolas Parexa meydana çıxmayacaq. Hər iki futbolçu zədəlidir.

Avropa Superkuboku

11 avqust

23:45 Barselona (İspaniya) – Sevilya (İspaniya)

Baş hakim: Villi Kollum (Şotlandiya)

Stadion: “Dinamo Arena” (Tiflis, Gürcüstan)