Gürcüstan milli futbol komandasının keçmiş kapitanı Giorgi Nemsadze 54 yaşında vəfat edib.

Teleqraf xəbər verir ki, bu barədə Gürcüstan Futbol Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Nemsadze Gürcüstan millisində debütünü 1992-ci ildə edib. O, millidə 69 oyun keçirib və bu göstərici üzrə ən yaxşı 10 oyunçu arasında yer alıb.

Klub karyerası ərzində Nemsadze "Guria", "Dinamo Tbilisi", "Şevardeni", "Lokomotiv", "Homburq", "Trabzonspor", "Qrasshoppers", "Regina" və "Dandi" klublarında oynayıb.