BAKI, 25 yanvar. TELEQRAF

Rusiyalı qarışıq döyüş növləri (MMA) təmsilçisi Umar Nurməhəmmədov Las-Veqasda təşkil olunan UFC 324 turnirində braziliyalı Deiveson Figueiredo üzərində qələbə qazanıb.

Teleqraf xəbər verir ki, Nurməhəmmədov rəqibini hakimlərin yekdil qərarı ilə üstələyib.

Döyüş yüngül çəki dərəcəsində keçirilib.

30 yaşlı Umar Nurməhəmmədov bu qələbə ilə MMA karyerasında 20-ci dəfə qalib gəlib.