BAKI, 9 dekabr. TELEQRAF

Türkiyə futbolunda mərc qalmaqalı ilə bağlı istintaq çərçivəsində saxlanılan şəxslərin bir çoxu barəsində məhkəmə qərar verib.

Teleqraf xəbər verir ki, məhkəmə aralarında tanınmış futbolçular və klub rəhbərlərinin də olduğu 20 nəfərin həbsinə qərar verib. Onlar oyun nəticələrini dəyişdirməkdə ittiham olunur.

Həbs olunanlar arasında Mərt Hakan Yandaş (Fənərbaxça), Metehan Baltacı (Galatasaray), Alassane Ndao, Murat Sancak ("Adana Dəmirspor"un keçmiş rəhbəri), Ahmet Okatan, Mehmet Emin Katipoğlu, Ümit Kaya və ümumilikdə 20 nəfər var.

Hakim Zorbay Küçük də daxil olmaqla daha 10 nəfər barəsində isə polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib. Keçmiş hakim və futbol şərhçisi Ahmet Çakar da istintaqa cəlb edilən şəxsər arasındadır.

Adı çəkilən şəxslər qanunsuz mərc oyunları, öz komandalarının oyunlarına mərc etmə və çirkli pulların yuyulmasında təqsirləndirilirlər.