BAKI, 16 iyun. TELEQRAF
“Sabah” klubu futbolçu Patrik Orfe Mbinanın transfer hüquqlarına yiyələnib.
Teleqraf xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
25 yaşlı hücumçunun icarəsi ilə bağlı Sloveniyanın “Maribor” klubu ilə bağlanmış müqavilədə nəzərdə tutulan transfer bəndi qüvvəyə minib. Qabonlu futbolçu ilə 3 illik müqavilə imzalanıb.
Xatırladaq ki, Mbina bu ilin fevralından “Sabah”ın uğurları üçün çalışır. O, komandanın heyətində keçirdiyi 11 oyunda 3 qol vurub və 1 məhsuldar ötürmə verib.