BAKI, 29 noyabr. TELEQRAF

Olimpiya, dünya və Avropa çempionu Hidayət Heydərov və Rəşid Məmmədəliyev (hər ikisi 73 kq), Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən “Böyük Dəbilqə” turnirində tatamiyə çıxıblar.

Teleqraf xəbər verir ki, Azərbaycan cüdoçuları fəxri kürsüdə yer ala bilməyiblər.

Hidayət Heydərov 1/8 finalda Tacikistan təmsilçisi Mukhiddin Asadulloevə uduzub, Rəşid Məmmədəliyev isə ABŞ idmançısı Stiven Boldbaatara məğlub olub.

Xatırladaq ki, yarışın ilk günündə də daha 4 cüdoçumuz medal qazana bilməmişdi.