BAKI, 14 noyabr. TELEQRAF

DÇ-2026-nın Avropa üzrə seçmə mərhələsində IX tura start verilib.

Teleqraf xəbər verir ki, turun ilk oyun günündə D, F, I, K qruplarında ümumilikdə 8 qarşılaşma baş tutub.

Azərbaycan millisinin yer aldığı D qrupunda Fransa yığması doğma meydanda Ukraynanı qəbul edib.

İngiltərə millisi evdə Serbiya, İtaliya isə səfərdə Moldova ilə üz-üzə gəlib.

DÇ-2026: Seçmə mərhələ

D qrupu

Azərbaycan – İslandiya – 0:2

Fransa – Ukrayna – 4:0

Xal durumu: Fransa - 13, Ukrayna - 7, İslandiya - 7, Azərbaycan - 1.

F qrupu

Ermənistan – Macarıstan – 0:1

İrlandiya – Portuqaliya – 2:0

Xal durumu: Portuqaliya - 13, Macarıstan - 8, İrlandiya - 7, Ermənistan - 3.

I qrupu

Norveç – Estoniya – 4:1

Moldova – İtaliya – 0:2

Xal durumu: Norveç - 21, İtaliya - 18, Estoniya - 4, Moldova - 1.

K qrupu

Andorra – Albaniya – 0:1

İngiltərə - Serbiya – 2:0

Xal durumu: İngiltərə - 21, Albaniya - 14, Serbiya - 10, Andorra - 1.