BAKI, 23 oktyabr. TELEQRAF
Türkiyə təmsilçisi "Fənərbağça" UEFA Avropa Liqasının əsas mərhələsinin III turunda növbəti oyununu keçirib.
Teleqraf xəbər verir ki, Domeniko Tedeskonun baş məşqçisi olduğu kollektiv "Şükrü Saracoğlu" stadionunda Almaniyanın "Ştutqart" komandasını məğlub edib - 1:0.
Matçda yeganə qolu 34-cü dəqiqədə Kərəm Aktürkoğlu penalti zərbəsindən vurub.
Qeyd edək ki, “Fənərbağça” Avropa Liqasında növbəti matçını noyabrın 6-da səfərdə “Viktoriya Plezen”ə qarşı keçirəcək.