XANKƏNDİ, 9 dekabr. TELEQRAF

“Bu prestijli turnirə uzun müddətdir baxırdım. Xoşbəxtəm ki, məni də bura dəvət ediblər”.

Bu sözləri Teleqraf-a açıqlamasında iranlı şahmatçı Amin Tabatabai Xankəndidə mərhum şahmatçı, Avropa çempionu Vüqar Həşimovun xatirəsinə həsr olunan XI Vüqar Həşimov Memorialı barədə danışarkən deyib.

O, turnirə yaxşı hazırlaşdığını bildirib:

“Bu turnirdə iştirak edən şahmatçılar uzun illərdir bu sahədədirlər. Mənim üçün önəmli turnirdir. Bu yarışa çoxdan hazırlaşırdım. Turnirə çox yaxşı şahmatçılar gəlib. Əlimdən gələni edəcəyəm. Əsas, əylənməyimdir”.

Qeyd edək ki, turnirə dekabrın 11-də yekun vurulacaq.