BAKI, 9 dekabr. TELEQRAF
“Sabah bizi ciddi oyun gözləyir. Çox təəssüf ki, oyuna hazırlaşmaq üçün kifayət qədər vaxtımız olmadı. Bizim oyun fəlsəfəmiz hər kəsə bəllidir. Sabah meydanda nə edəcəyimizi bilirik. Çalışacağıq ki, azarleşlərimizi sevindirək. Söz verirəm ki, komanda yoldaşlarımla sabah əlimizdən gələni edəcəyik”.
Teleqraf xəbər verir ki, bunu “Qarabağ”ın futbolçusu Maetuş Silva UEFA Çempionlar Liqasının VI turu çərçivəsində evdə Niderlandın “Ayaks” klubu ilə keçiriləcək oyundan öncə mətbuat konfransında deyib.
Silva Braziliyanın “Flamenqo” klubunun diqqət mərkəzində olması ilə bağlı yayılan xəbərlərə də münasibət bildirib:
“Mətbuatda çoxlu xəbərlər çıxır. Bu xəbərlərə inanmaq məcburiyyətində deyilik. Hazırda qarşımızda bir missiya var, ona fokuslanmışıq. Missiyanı başa vurduqdan sonra düşünmək üçün vaxtımız olacaq”