BAKI, 6 oktyabr. TELEQRAF
Tamblinq üzrə milli komandanın üzvü Tofiq Əliyev Dünya kuboku seriyasının qalibi olub.
Teleqraf xəbər verir ki, 3-5 oktyabr tarixlərində Fransanın Antibes şəhərində keçirilən mövsümün son Dünya kubokunda Azərbaycan gimnastları Tofiq Əliyev 29.200 xalla qızıl medalın, Adil Hacızadə 26.800 xalla bürünc medalın sahibi olublar.
Həmçinin Tofiq Əliyev mövsüm ərzində qazandığı nəticələr və sonuncu Dünya kubokunu birinciliklə başa vurduğu üçün Dünya kuboku seriyalarının qalibi olub.