XANKƏNDİ, 5 oktyabr. TELEQRAF

Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunları çərçivəsində Xankəndi şəhər stadionunda keçirilən kamandan oxatma idman növü üzrə yarışların final gününə start verilib.

Teleqraf-ın Xankəndiyə ezam olunmuş əməkdaşı xəbər verir ki, final mərhələsində Azərbaycanın qadınlardan ibarət yığması (Fatimə Hüseynli, Sümeyyə Bədəlli və Nilufər Ağaməmmədli) bürünc medal uğrunda Belarus komandası ilə qarşılaşıb.

Gərgin idman mübarizəsi şəraitində keçən görüşdə millimiz 2:6 hesabı ilə məğlub olaraq yarışı 4-cü yerdə başa vurub.

Qeyd edək ki, millinin üzvləri Fatimə Hüseynli və Sümeyyə Bədəlli yarışboyu zədəli olublar.