BAKI, 2 oktyabr. TELEQRAF

Azərbaycan və Özbəkistan birgə U-20-lərin dünya çempionatına ev sahibliyi edəcəklər.

Teleqraf xəbər verir ki, bu barədə qərar FIFA-nın İcraiyyə Komitəsinin növbəti iclasında verilib.

İcraiyyə Komitəsinin qərarına əsasən, Azərbaycan və Özbəkistan 2027-ci ildə keçiriləcək 20 yaşadək futbolçulardan ibarət milli komandalar arasında dünya çempionatının final mərhələsinə birgə ev sahibliyi edəcəklər.