“Mançester Yunayted”in baş məşqçisi postuna əsas namizəd portuqaliyalı mütəxəssis Ruben Amorimdir.
Teleqraf.com xəbər verir ki, bu barədə “The Athletic” məlumat yayıb.
Bildirilir ki, mankunianlılar Amorimin hazırkı klubu "Sportinq"ə müqaviləni vaxtından əvvəl pozduğu üçün 10 milyon avro ödəməyə hazırdır. O da məlumdur ki, mütəxəssisin özü İngiltərə çempionatına keçməkdə maraqlıdır və artıq ilkin razılıq verib.
Əvvəllər 39 yaşlı Amorim "Liverpul" və "Vest Hem"in baş məşqçisi postuna potensial namizədlər siyahısında yer alıb.
Portuqaliyalı 2020-ci ilin martından "Sportinq"i çalışdırıb. Bundan əvvəl o, Braqaya rəhbərlik edib.