"Qızıl top"un rəsmi yayımında "Real Madrid"in braziliyalı hücumçusu Vinisius Junior məsxərəyə qoyulub.

Teleqraf.com xəbər verir ki, bu barədə L'Equipe məlumat yayıb.

Məlumata görə, futbolçunun yer aldığı memlər dərc olunub.

Çərçivələrdən birində Vinisius İspaniya millisinin və "Barselona" nın 17 yaşlı cinah oyunçusu Lamin Yamalın qucağında körpə kimi təqdim edilib .