Azərbaycanın sərbəst güləşçisi Maqomedxan Maqomedov Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarının bürünc medalını qazandı.

Teleqraf.com xəbər verir ki, 97 kq çəki dərəcəsində çıxış edən idmançımız 3-cü yer uğrunda görüşdə Ukrayna təmsilçisi Murazi Mçelidze ilə qarşılaşıb.

İdmançımız rəqibini 10:0 hesabı ilə məğlub edib.