Avstraliyalı idmançı, otüstü xokkey üzrə Olimpiya komandasının üzvü Tomas Kreyq kokain aldığı üçün Paris polisi tərəfindən saxlanılıb.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, polis idmançını avqustun 7-nə keçən gecə azyaşlı satıcıdan narkotik alarkən saxlayıb.

Saxlanılan idmançının üstündən təxminən bir qram kokain tapılıb.