GƏNCƏ, 6 oktyabr. TELEQRAF

Gəncədə 70 yaşlı kişinin meyiti tapılıb.

Teleqraf xəbər verir ki, hadisə şəhər ərazisində baş verib. İlkin məlumata görə, 70 yaşlı Azər Xəlilovun yaşadığı evdə meyiti aşkar edilib. Hadisə yerinə polis və prokurorluq orqanı əməkdaşları cəlb olunub.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma başlanılıb.