BAKI, 1 sentyabr. TELEQRAF
Qəbələ rayonunda İmişli sakini bədbəxt hadisə nəticəsində ölüb.
Teleqraf xəbər verir ki, hadisə rayonun Vəndam qəsəbəsində qeydə alınıb.
29 yaşlı Lamiyə Əhmədli hovuzda boğularaq ölüb.
İlkin ehtimala görə, qadın qəsəbədə kirayədə yaşayırmış. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub.
Faktla bağlı Qəbələ rayon Prokurorluğunda araşdırma başlanılıb.