BAKI, 1 sentyabr. TELEQRAF
Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərində bağlı qapı arxasında qalma ilə bağlı daxil olan müraciətlər əsasında Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasetmə qüvvələri tərəfindən 2 əməliyyat keçirilib.
FHN-dən Teleqraf-a verilən məlumata görə, həyata keçirilən tədbirlər nəticəsində 2 nəfər xilas olunub.