BAKI, 31 avqust. TELEQRAF

Sumqayıtın Koroğlu prospektində zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə zamanı hərəkətdə olan Hyundai, Honda və Mercedes markalı avtomobillər toqquşub.

Nəticədə avtomobillərə ciddi maddi ziyan dəyib.

Hadisə ilə bağlı araşdırma aparılır.