GORANBOY, 29 avqust. TELEQRAF
Goranboy rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, hadisə rayonum Səfikürd kəndində qeydə alınıb.
İlkin məlumata görə, "Opel" markalı avtomobillə "KİA" markalı minik maşınları toqquşub.
Qəza zamanı 1963-cü il təvəlüdlü Afət Məmmədova və 1989-cu il təvəllüdlü Rəşad Məmmədov xəsarət alıblar.
Yaralılar xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma başlanıb.