BAKI, 29 avqust. TELEQRAF

Azərbaycanda dələduzluq edən şəxslərin saxlanılması üçün əməliyyat tədbirləri görülüb.

Bu barədə Teleqraf-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

Məlumata görə, polis əməkdaşlarının avqustun 28-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 11 nəfər saxlanılaraq istintaqa təhvil verilib.