BAKI, 27 avqust. TELEQRAF

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar xəttinə Bakı və Sumqayıt şəhərlərində bağlı qapı arxasında qalma ilə bağlı daxil olan müraciətlər əsasında Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin və Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri tərəfindən 2 əməliyyat keçirilib.

Bu barədə Teleqraf-a nazirlikdən məlumat verilib.

Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfər uşaq xilas edilib, 1 nəfərə müvafiq köməklik göstərilib.