BAKI, 25 avqust. TELEQRAF
Yevlax rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Teleqraf-ın xəbərinə görə, 2005-ci il təvəllüdlü İsayev Nazim Nail oğlu etibarnamə ilə idarə etdiyi VAZ-2106 markalı avtomobillə Yevlax şəhəri, Füzuli küçəsi ilə hərəkətdə olan zaman 1954-cü il təvəllüdlü şəhər sakini Kərimov Mahmud Talıb oğlunun idarə etdiyi "Muravey" markalı motosikletlə toqquşub.
Nəticədə motosikletin sürücüsü Mahmud Kərimov beyin silkələnməsi və kəllə sümüyünün sınığı xəsarətləri alaraq Yevlax Mərkəzi Rayon Xəstəxanasına daxil olub, 24 avqust 2026-cı il tarixdə saat 10:25-də həmin xəstəxana ölüb.
Faktla bağlı Yevlax Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanıb.
İstintaqı aparılır.