BAKI, 25 avqust. TELEQRAF
Göygöl rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Teleqraf-ın xəbərinə görə, hadisə ötən gün rayonun Qızılca kəndi ərazisində baş verib.
Gəncə şəhər sakini, 1977-ci il təvəllüdlü Allahverdiyev Rəhman Fərman oğlu idarə etdiyi “Zil MMZ-45021” markalı yük avtomobilini Qızılca kəndi ərazisində arxaya doğru hərəkət etdirərkən yol kənarında dayanmış piyada 1963-cü il təvəllüdlü Məmmədov İman Əli oğlunu vurub.
Piyada aldığı xəsarətlərdən hadisə yerinə ölüb.
Faktla bağlı Göygöl Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanıb.
İstintaq aparılır.