BAKI, 20 avqust. TELEQRAF

Fövqəladə Hallar Nazirliyinin “112" qaynar xəttinə Astara rayonunda ən yaxın sularda xilasetmə məntəqəsindən 1 km aralı dənizdə nəzarətsiz ərazidə 1 nəfərin batması barədə məlumat daxil olub.

Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

Hazırda vətəndaş - 1990-cı il təvəllüdlü Məmmədov Elman Beybala oğlunun batdığı ehtimal edilən istiqamətlərdə axtarışlar həyata keçirilir.

Əlavə məlumat veriləcək.

***

19 avqust 21:52

ASTARA, 19 avqust. TELEQRAF

Astarada bir nəfər dənizdə batıb.

Teleqraf-ın cənub bürosunun verdiyi məlumata görə, hadisə Astara şəhərinin “Bulvar” ərazisində baş verib.

İlkin məlumata əsasən, Masallı rayonunun Kosagül kənd sakini olan bir nəfər Xəzər dənizində batıb.

Hazırda hadisə ilə bağlı axtarış-xilasetmə işləri aparılır. Şəxsin tapılması istiqamətində axtarışlar davam etdirilir.

Hadisənin hansı şəraitdə baş verdiyi və dənizdə batan şəxsin kimliyi ilə bağlı hələlik məlumat yoxdur.