Zaqatalada yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf xəbər verir ki, hadisə avqustun 14-də Zaqatala-Qax avtomobil yolunun rayonun Yuxarı Tala kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Ramazanov Məhərrəm Rasim oğlu idarə etdiyi “VAZ 2170 Priora” markalı avtomobillə hərəkətdə olarkən yol kənarındakı ağaca çırpılıb.

Nəticədə avtomobildə olan sərnişinlər Şabanov Sənan Kamil oğlu və Əliyev Qismət Hikmət oğlu müxtəlif bədən xəsarətləri alıblar.

Avqustun 18-də isə hadisə zamanı xəsarət alan sərnişin Ramazanov Tunar Rizvan oğlu vəfat edib.

Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsinin İstintaq bölməsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.