NAXÇIVAN, 1 avqust. TELEQRAF

İyulun 31-də Şərur rayon Qarxun kənd sakini Məmiyeva Sunay Siyafər qızının öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, araşdırma zamanı Şərur rayonunun Qarxun kənd sakini Məmiyev Nadir Yunis oğlunun həyat yoldaşı Məmiyeva Sunayı öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Nadir Məmiyev özü Polis İdarəsinə gələrək öz əməlini etiraf edib.

Onun barəsində həbs qətimkan tədbiri seçilib.

Qətlin qısqanclıq zəmnində baş verdiyi bildirilir.