BAKI, 27 iyul. TELEQRAF

Laçın Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2026” şərti adlı kompleks tədbirlər nəticəsində Hoçaz kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib.

Bu barədə Teleqraf-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Ümumi çəkisi 1 ton 200 kiloqram olan 782 ədəd çətənə kolu məhv edilib.