BAKI, 24 iyul. TELEQRAF
Baş Prokurorluqda aparılmış xidməti yoxlamalar nəticəsində müxtəlif növ intizam xətalarına yol verdikləri üçün 8 prokurorluq əməkdaşı intizam məsuliyyətinə cəlb olunmuş, onlardan 6-na töhmət və ya şiddətli töhmət elan edilib.
Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prokurorluğu orqanlarında 2026-cı ilin birinci yarısında görülmüş işlərin yekunlarına dair geniş kollegiya iclasında bildirilib.
Məlumata görə, 2 nəfər tutduğu vəzifədən azad olunub.