BAKI, 20 iyul. TELEQRAF

Salyan rayonunda baş verən yol qəzasında ölənlərin sayı üç nəfərə çatıb.

Teleqraf xəbər verir ki, xəstəxanaya yerləşdirilən yaralılardan biri həkimlərin səyinə baxmayaraq həyatını itirib.

***

19:31

Salyan rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf xəbər verir ki, bu gün saat 18 radələrində "Toyota" və "VAZ" markalı avtomobillər toqquşub.

Qəza zamanı 2 nəfər ölüb, 4-ü xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.