BAKI, 20 iyul. TELEQRAF

Bakının Sabunçu rayonunda oğurluq hadisəsi baş verib.

Teleqraf-ın xəbərinə görə, Sabunçu rayonu ərazisində 1200 manat dəyərində velosipedi oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş 29 yaşlı M.Əliyev də polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.