BAKI, 20 iyul. TELEQRAF

Bu ilin altı ayı dövründə Naxçıvan Muxtar Respublikasının prokurorluq, daxili işlər, gömrük və digər istintaq qurumları tərəfindən 64 cinayət işinin ibtidai istintaqı tamamlanaraq baxılması üçün müvafiq məhkəmələrə göndərilib.

Teleqraf xəbər verir ki, bu barədə iyulun 20-də Naxçıvan Muxtar Respublikası prokurorunun rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikası Prokurorluğunun mərkəzi aparatı və tabe rayon (şəhər) prokurorluqlarının əməkdaşlarının iştirakı ilə 2026-cı ilin birinci yarımili ərzində görülən işlərə dair keçirilən əməliyyat müşavirəsində bildirilib.

Muxtar respublikanın prokurorluq orqanları tərəfindən ibtidai istintaqı tamamlanmış cinayət işləri üzrə dövlətə, hüquqi və fiziki şəxslərə vurulmuş 599 min manat məbləğində maddi ziyanın 484 min 204 manatı və ya 81%-nin ödənilməsi təmin edilib.