BAKI, 20 iyul. TELEQRAF
Lənkəran rayonu ərazisində yerləşən evlərdən oğurluqlar edilib.
Bu barədə Teleqraf-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.
Naməlum şəxs 4 fərdi yaşayış evi və 1 şadlıq sarayından ümumi dəyəri 13 min manatdan artıq olan qızıl-zinət əşyaları və məişət avadanlıqlarını talayıb.
Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə qeyd olunan əməlləri törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 44 yaşlı Çingiz İbrahimov müəyyən edilərək saxlanılıb. Faktlarla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə Ç.İbrahimov barəsində həbs qətimkan tədbiri seçilib.
Araşdırmalar davam etdirilir.