QAZAX, 19 iyul. TELEQRAF
Qazax rayonunda 1966-cı il təvəllüdlü Elçin Məmmədovun meyiti aşkar edilib.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, 60 yaşlı kişinin cansız bədəni Çaylı kəndində açıq sahədə həmkəndililəri tərəfindən tapılıb.
Hadisə yerinə polis və prokurorluq orqanı əməkdaşları cəlb edilib.
Faktla bağlı Qazax rayon Prokurorluğunda araşdırça başlanılıb.