İSMAYILLI, 19 iyul. TELEQRAF

İsmayıllı rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf-ın Mərkəzi Aran bürosu xəbər verir ki, "Opel" markalı avtomobilin motosikletlə toqquşması nəticəsində avtomobilin sürücüsü 38 yaşlı İsa Rzayev, onun yanındakı sərnişin və motosikiletin sürücüsü 23 yaşlı Nihad Allahverənov ölüb.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır