BAKI, 19 iyul. TELEQRAF
Dünən axşam saatlarında Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan "Azərsilah" Müdafiə Sənayesi Holdinqi" QSC-yə məxsus poliqonlardan birində keçirilən sınaqlar zamanı yanğın hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə xidməti tərəfindən yanğın qısa zamanda söndürülüb.
Bu barədə Teleqraf-a Müdafiə Sənayesi Nazirliyindən bildirilib.
“Hadisə nəticəsində xəsarət alan olmayıb. Baş vermiş hadisənin səbəbləri və digər təfərrüatlar araşdırılır”, - deyə məlumatda qeyd olunub.