BAKI, 16 iyul. TELEQRAF
Zərdab Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2026” şərti adlı kompleks tədbirlər nəticəsində Bıçaqçı kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib.
Bu barədə Teleqraf-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.
Ümumi çəkisi 1485 kiloqram olan 1990 ədəd xaş-xaş kolu məhv edilib.
