GÖYÇAY, 16 iyul. TELEQRAF

Göyçayda bıçaqlanma olub.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə rayon mərkəzində baş verib.

46 yaşlı rayon sakini Fariz Səlimov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı 36 yaşlı Mikayıl Əliyevə kəsici alətlə xəsarət yetirib.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Araşdırma aparılır.