BAKI, 16 iyul. TELEQRAF
Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərində bağlı qapı arxasında qalma ilə bağlı daxil olan müraciətlər əsasında Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin və Bakı Regional Mərkəzinin xilasetmə qüvvələri tərəfindən 2 əməliyyat keçirilib.
Nazirlikdən Teleqraf-a verilən xəbərə görə, həyata keçirilən tədbirlər nəticəsində 1 uşaq xilas edilib, 1 nəfərə müvafiq köməklik göstərilib.