BAKI, 13 iyul. TELEQRAF

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyulun 11-də və 12-də ümumi çəkisi 7,2 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.

Bu barədə Teleqraf-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

Məlumata görə, bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

Bundan başqa, iyulun 11-də və 12-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə yabanı halda bitmiş 1,8 ton çəkidə 4900 ədəd çətənə kolu aşkarlanaraq məhv edilib.

Bu istiqamətdə də tədbirlər davam etdirilir.