BAKI, 13 iyul. TELEQRAF
Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar xəttinə Bakı və Sumqayıt şəhərlərində bağlı qapı arxasında qalma ilə bağlı daxil olan müraciətlər əsasında Nazirliyin müvafiq xilasetmə qüvvələri tərəfindən 3 əməliyyat keçirilib.
Nazirlikdən Teleqraf-a verilən xəbərə görə, həyata keçirilən tədbirlər nəticəsində 3-ü uşaq olmaqla 7 nəfərə müvafiq köməklik göstərilib.