BAKI, 11 iyul. TELEQRAF

Zərdab Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə avtomobili narkotik vasitələrin təsiri altında idarə edən N.Ağazadə saxlanılıb.

Teleqraf-ın xəbərinə görə, müayinə zamanı onun narkotik vasitə olan marixuana istifadə etdiyi məlum olub. Sürücü barəsində toplanmış material hüquqi qiymət verilməsi üçün rayon məhkəməsinə göndərilib.