BAKI, 11 iyul. TELEQRAF

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar xəttinə Bakı və Sumqayıt şəhərlərində bağlı qapı arxasında qalma ilə bağlı daxil olan müraciətlər əsasında Nazirliyin müvafiq xilasetmə qüvvələri tərəfindən 5 əməliyyat keçirilib.

Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Həyata keçirilən tədbirlər nəticəsində 2-si uşaq olmaqla 3 nəfər xilas edilib, 4 nəfərə müvafiq köməklik göstərilib, 1 nəfərin meyiti isə aidiyyəti üzrə təhvil verilib.