BAKI, 11 iyul. TELEQRAF
Bakının Nizami rayonunda yol qəzası zamanı qadın ağır xəsarətlər alıb.
Teleqraf xəbər verir ki, yol-nəqliyyatı hadisəsi Laçın Ticarət Mərkəzinin qarşısında qeydə alınıb.
Nizami Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin əməkdaşı, 1975-ci il təvəllüdlü Mikayılova Şəfaqət Ağamusa səkini süpürən zaman avtomobil vurub.
Qadın çoxsaylı sınıq xəsarətləri alıb. O, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır