AĞSTAFA, 10 iyul. TELEQRAF

Ağstafada avtomobil qəzası baş verib.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, hadisə rayonun Həsənsu kəndində baş verib.

Əks istiqamətdə hərəkətdə olan iki minik avtomobili toqquşub. Zərbənin təsirindən avtomobillərdən biri yol kənarındakı su arxına düşüb.

Qəzada hər iki avtomobilin sürücüsü xəsarət alıb.

1970-ci il təvəllüdlü Hicran Əmiraslanov və 1978-ci il təvəllüdlü İsmayılov müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya çatdılıb. Yaralıların vəziyyəti kafidir.

Faktla bağlı araşdırma başlanılıb.