GORANBOY, 10 iyul. TELEQRAF

Goranboyda yol qəzasında üç nəfər xəsarət alıb.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, hadisə rayonun Rəhimli kəndində qeydə alınıb.

"VAZ 2106" və "VAZ2107" markalı abtomobillərin toqquşması nəticəsində Şəhla Xəlilova (2002), Elfina Xəlilova (2020) və üç yaşlı Aylin Xəlilova xəsarət alaraq xəstəxanaya çatdırılıblar.

Onlara tibbi yardım göstərilib. Hadisə ilə bağlı araşdırma başlanılıb.