BAKI, 11 iyul. TELEQRAF

İyulun 10-u saat 16 radələrində paytaxtın Xətai rayonu ərazisində 22 yaşlı Amin Cəfərovun idarə etdiyi motosikletlə, onunla eyni istiqamətdə hərəkətdə olan digər motosikletçi – 21 yaşlı Elşən Hüseynovun idarə etdiyi motosikilet toqquşub.

Bu barədə Teleqraf-a Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Bildirilib ki, yüksək sürət və kobud qayda pozuntuları ilə müşahidə olunan qəzada Amin Cəfərov hadisə yerində həyatını itirib. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha motosiklet, moped və digər bu tip ikitəkərli nəqliyyat vasitələri idarə edən sürücülərə müraciət edərək onları yol hərəkəti qaydalarının həyat əhəmiyyətli olduğunu unutmamağa, təhlükəsizlik qaydalarına qeyd-şərtsiz əməl etməyə, özlərinin və başqalarının həyat və sağlamlığını təhlükəyə atmamağa çağırır!

***

10 iyul 18:26

Bakının Xətai rayonunda ağır yol qəzası zamanı bir nəfər ölüb.

Teleqraf xəbər verir ki, hadisə metronun Həzi Aslanov stansiyasının yaxınlığında baş verib.

2005-ci il təvəllüdlü Elşən Hüseynov idarə etdiyi motosikleti aşırıb. Qəza nəticəsində motosikletdə sərnişin olan Amil adlı şəxs hadisə yerində ölüb.

E.Hüseynov isə ağır xəsarət alaraq Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.