BAKI, 9 iyul. TELEQRAF

Balakən rayonunda Katex çayında batan şəxsin meyiti aidiyyəti üzrə təhvil verilib.

Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, 8 iyul tarixində Katex çayının Balakən rayonunun Katex kəndindən keçən hissəsində batan 1983-cü il təvəllüdlü Aslan Ramazan oğlu Rzayevin meyiti batdığı yerdən təxminən 3 kilometr aralıda aşkar edilib.

FHN-in Mülki müdafiə qoşunlarının qüvvələri tərəfindən meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.